ƏRƏZİN GİPS YATAĞI – Azәrb. Resp. Culfa r-nu (Nax. MR) әrazisindә, Ərәzin k. yaxınlığında, Əlincәçayın sahilindәdir. Sah. 0,05 km2-dir; 1956 ildәn istismar olunur; sәnaye ehtiyatı 1,3 mln. t-dur. Yataq lay vә linza tiplidir; Orta Miosenin TarxanÇokrak horizontunun qumdaşı, alevrolit, gil vә әhәngdaşı ilә әlaqәdardır; tünd boz rәngli gips laylarının qalınlığı 2,6–5,3 mdir. Süxurlarda gipsin miqdarı 62–87% tәşkil edir. I vә II növ tikinti gipsi üçün yararlıdır.