ƏRƏZİN NEKROPOLU – Azәrb. Resp. Culfa r-nunda (Nax. MR) eyniadlı kәnddәn şm.-ş.-dә orta әsrlәrә aid arxeoloji abidә. Hündür tәpәnin üstündәdir. Arxeoloji axtarışlar zamanı ş.-q. istiqamәtinә yönәldiyi müәyyәnlәşdirilmiş qәbirlәrin üzәrinә dördkünc formalı yonulmamış sal daşlar qoyulmuş, başdaşılar saxlanılmamışdır. Ə.n.nun 16–18 әsrlәrә aid olması ehtimal edilir.