ƏRGƏNC Xalid, Halit Ergenç (d. 30.4.1970, İstanbul) – türk aktyoru. Türk şair vә bәstәkarı Sәid Ərgәncin oğludur. Orta tәhsilini Beşiktaş Atatürk liseyindә almış, sonra Memar Sinan Untinin opera vә musiqili teatr aktyorluğu fakültәsini bitirmişdir (1993). 1996 ildә “Dormen” teatrına qәbul edilәn Ə.-in “Kral vә mәn” müziklindә baş rolun ifaçısı kimi debütü olmuşdur. “Qara mәlәk” (1996) serialından sonra tanınmağa başlamış vә ardıcıl olaraq “Belәmi olacaqdı?” (1997), “Dәdәm, Gofret vә mәn” (2001), “Zәrda” (2002), “Aliyә” (2004), “Min bir gecә” (2006), “Vәtәnim sәnsәn” (2016 ildәn) seriallarında baş rollarda çıxış etmişdir. “Ölümün әlyazısı”, “Heç nәdәn mәhәbbәt”, “Qumsaldakı izlәr”, “Atam vә oğlum”, “İlk mәhәbbәt”, “Müsafir”, “İstanbul qırmızısı” vә s. filmlәrdә oynamışdır. “Dәrsimiz Atatürk” (2010) sәnәdli bioqrafik filmdә Mustafa Kamal Atatürkün obrazını yaratmışdır. 2011–14 illәrdә “Möhtәşәm yüz il” serialında Sultan Süleyman Qanuni roluna çәkilmişdir. Q. Sәidin “Əli vә Nino” romanı әsasında çәkilmiş eyniadlı filmdә Fәtәli xan Xoyskinin obrazını canlandırmışdır (2016).