ƏRGƏZ, Arkazan – İrәvan quberniyasının Şәrur-Dәrәlәyәz qәzasında (15.10. 1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12.1957 ildәn Yeğeqnadzor r-nu), Ərgәzçay vә Ağdәrә çaylarının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak qüvvәlәri kәndi dağıtmış, yandırmış, әhalisini qovmuşdur. Qaçqın әhali Yuxarı Qarabağın Xocalı, Goranboyun Xoylu, Şәmkirin Morul kәndlәrinә, Şәrur vә Ağdam r-nlarına sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulandan sonra geri qayıdan qaçqın әhalini ermәnilәr kәndә buraxmadığından әrgәzlilәr qәzanın Qabaxlı vә Kotanlı kәndlәrindә mәskunlaşmağa mәcbur olmuşlar. Kәnddә mövcud olan Ərgәz (Ərqazan/Arkazan) pirindә Sünik hakimi Qazan xanın nәsil sәrdabasi yerlәşirdi.