ƏRİDİLƏN MODEL, m e t a l l u r g i y a d a – bir dәfә işlәdilәn tökmә modeli; qabıq qәlibin yaradılması üçündür. Ə.m. asanәriyәn tәrkiblәrdәn (50–90°C-dә әriyәn parafin, stearin, yağ turşuları vә s. maddәlәr) hazırlanır. Əridilmiş tәrkib boşluq hissәsinin konfiqurasiyası vә ölçüsü Ə.m.-ә dәqiq uyğun gәlәn pres-qәlibә doldurulur, yaxud preslәnir. Tәrkib bәrkidikdәn sonra pres-qәlib açılır vә hazır model çıxardılır.