ƏRİK, qaysı – gülçiçәklilәr fәsilәsindәn yarpağınıtökәn ağac cinsi. Hünd. 10–14 m-әdәk olur. Yarpaqları uzunsaplaqlı, növbәli, yumurtavarıdır. Çәhrayı, bәzәn ağ rәngli çiçәklәri yarpaqlardan әvvәl açılır. Ətli-şirәli, çәyirdәkli meyvәlәri, adәtәn, sarı, narıncı, bәzәn qırmızımtıl, yaxud qaramtıl-bәnövşәyi olur; ortadan uzununa kәmәrvarı şırımlıdır; qabığı tükcüklü, bәzәn çılpaqdır. Asiyanın mülayim isti vә subtropik vilayәtlәrindә 9 növü mәlumdur. Adi Ə. (A. vulqaris) meyvә bitkisi kimi becәrilir.Yabanı halda Tyan-Şanda, Himalay d-rında vә Şimali Qafqazın q. hissәsindә qalması güman edilir. İlk dәfә Ə. Qәrbi Çindә vә Orta Asiyada becәrilmiş, buradan da dünyanın başqa ölkәlәrinә yayılmışdır. Becәrilәn Ə. 100 illәrlә yaşayır, lakin 3–5 yaşından 30–40 yaşınadәk bol meyvә verir. Calaqla çoxaldılır; calaqaltıları calaq olunmamış Ə., alça, badam, orta zolaqda gavalıdır. Ən yaxşı sortları Türkiyә, İran, Cәnubi Qafqaz vә Orta Asiyadadır. Çindә vә Himalay d-rında Ə.-in daha 5 növü mәlumdur.
Azәrb.-da 2 növü: adi Ə. vә tüklümeyvә Ə. (A. dasycarpa) әkilir. Tüklümeyvә Ə. adi Ə.-dәn gec çiçәklәyir, soyuğadavamlıdır. Adi Ə.-in “Şalax”, “Qırmızıyanaq”, “Ağ Tәbәrzә”, “Əbutalibi”, “Haqverdi” sortları, tüklümeyvә Ə.-in “Qırmızıyanaq”, “Ağ Növrәst”, “Sarı Naxçıvan”, badamәrik sortları vardır. Tüklümeyvә Ə.-in әriklә alçanın, bәzәn gavalının tozlanmasından törәndiyi güman edilir; bәzәn bu növә qaysı-gavalı da deyilir. Mikroelementlәrlә zәngin olan sortlardan qanazlığı, ürәk-damar sistemi xәstәliklәri zamanı duz balansını sabit saxlamaq üçün istifadә edilir. Ə. meyvәlәri tәzә, hәm dә qurudulmuş halda yararlıdır. Əksәriyyәti şirintum olur, qәnnadı sәnayesindә bәzәn badamı әvәz edir; tibdә işlәdilәn әrik yağı almaq üçün dә istifadә edilir. Bütün növlәri dekorativdir (erkәn vә sıx çiçәklәmә, gözәl payız yarpaqları ilә seçilir), yaşıllaşdırmada yararlıdır.
Zәrәrvericilәri: albalı uzunburunu, mәnәnәlәr, qara qızılböcәk. Xәstәliklәri: vertisillyoz, sitosporioz, meyvә, yarpaq vә tumurcuqların lәkә xәstәliyi vә s.
Ади ярик (A. vulgaris).