ƏRİKGÜLÜ, n ә s t ә r ә n (Tropaeolum) – әrikgülü fәsilәsindәn birillik vә çoxillik ot bitkilәri cinsi. Cәnubi vә Mәrkәzi Amerikada 80-dәn çox növü var. Çox vaxt dırmaşan vә sarmaşan olur (uz. 2–4 m). Yarpaqları, әsasәn, qalxanvarı, yaxud dilimli, ilişәn, uzunsaplaqlıdır. Çiçәklәri iri, mahmızlı, tәk-tәk olub qoltuqda yerlәşir; әsasәn, sarı, narıncı, qırmızıdır. Vәtәnindә ilboyu çiçәklәyir. Gülçülükdә böyük Ə. (T. majus), qalxanlı Ə. (T. peltophorus), becәrilәn Ə. hibridlәri (T. cultorum) vә digәrlәri әkilir. Ə. dekorativ, o cümlәdәn asma vә torpaqörtәn bitki kimi yetişdirilir; eyvanları, dekorativ mәhәccәrlәri (hörgü sortları) bәzәmәk üçün istifadә edilir. Kal meyvәlәri, qönçәlәri vә çiçәk tumurcuqları, yerqulağı turşuya qoyulur. Boliviya, Peru vә Çili d-rında kökyumrulu Ə. (T. tuberosum), çoxyarpaqlı Ə. (T. polyphyllum) vә s. çoxillik Ə. yumruları qida üçün yetişdirilir. Ə. toxumlarla çoxaldılır. Azәrb.-da 1 növü – böyük Ə. ( T. majus) becәrilir.
Бюйцк ярикэцлц (Т. мажуs).