Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRİMƏ

    ƏRİMƏ – istilik udmaq hesabına maddәnin kristallik (bәrk) haldan maye halına keçmәsi (I növ faza keçidi). Tәmiz maddәlәrin Ə.-sini xarakterizә edәn әsas parametrlәr әrimә temperaturu (Tә) vә әrimә istiliyidir (Lә).

    Şәkil 1. Tәmiz maddәnin hal diaqramı (p – tәzyiq,

    T – temp-r). AD AD′ – әrimә әyrilәridir; AD′ әyrisi Ə. zamanı hәcmi anomal dәyişәn maddәlәrә aiddir.

    A – üçlük nöqtәsini, B – kritik nöqtәni ifadә edir.

    Ərimә temp-ru xarici tәzyiqdәn (p-dәn) asılıdır; tәmiz maddәnin hal diaqramında bu asılılıq әrimә әyrisi (bәrk vә maye hallarının eyni zamanda mövcudluğunu göstәrәn әyri; şәkil 1-dә AD vә ya AD′) ilә ifadә olunur. Ərintilәrin vә bәrk mәhlulların Ə.-si, bir qayda olaraq, müәyyәn temp-r intervalında (evtektikalar – sabit әrimә temp-runa malik әrintilәr istisna olmaqla) baş verir. Verilmiş tәzyiqdә Ə. prosesinin başlanma vә qurtarma temprlarının әrintinin tәrkibindәn asılı olaraq dәyişmәsi hal diaqramlarında xüsusi әyrilәr (likvidus vә solidus әyrilәri, sәkil 2) vasitәsilә ifadә olunur. Bәzi yüksәkmolekullu birlәşmәlәrdә (mәs., maye kristallar yaradan  maddәlәrdә)  bәrk  kristallik  haldan izotrop maye halına keçmә prosesi (müәyyәn temp-r intervalında) tәdricәn, mәrhәlәlәrlә baş verir; hәr bir mәrhәlә kristallik strukturun dağılmasının müәyyәn etapını xarakterizә edir. Müәyyәn Ə. temp-runun olması – bәrk cisimlәrin kristallik quruluşa malik olmasının әsas әlamәtidir. Bu әlamәtә görә onları müәyyәn Ə. temp-runa malik olmayan amorf bәrk maddәlәrdәn asanlıqla fәrqlәndirmәk mümkündür. Temp-run artması ilә amorf bәrk maddәlәr maye hala tәdricәn yumşalaraq keçirlәr.

    Şәkil 2. Bәrk vә maye mәhlulların kәsilmәz sırasını әmәlәgәtirәn sistemlәrin (mәs., Cu-Ni) hal diaqramı. Maye mәhlul L likvidus әyrisindәn yuxarı hissәdә, bәrk faza isә S solidus әyrisindәn aşağı hissәdә dayanıqlıdır; L S әyrilәri arasında isә tarazlıq şәraitindә olan bәrk vә maye fazalarından ibarәt olan ikifazalı hal hökm sürür.

    Ə. prosesi kristallik bәrk maddәnin temp-ru Ə. temp-runa çatdıqda başlayır vә xaricdәn ona istilik verildiyinә baxmayaraq, sabit temp-rda (Tә) davam edir (şәkil 3).

    Şәkil 3 . Kristallik bәrk maddәnin әrimәsi zamanı
    temp-run sabit qalmasını ifadә edәn әyri. Absis oxu
    üzrә bәrk cismә bәrabәr sәviyyәdә verilәn istilik
    miqdarı ilә mütәnasib olan τ zamanı göstәrilmişdir.

    Adi şәraitdә kristalı T >Tә temp-runa qәdәr qızdırmaq olmur, lakin kristallaşma zamanı әrintini nisbәtәn asan şәkildә hәddәn artıq soyutmaq mümkündür. Tә-nin tәzyiqdәn (p) asılılığının xarakteri Ə. zamanı hәcmi dәyişikliklәrin (ΔVә) istiqamәti ilә tәyin edilir (bax Klapeyron–Klauzius nliyi). Əksәr hallarda Ə. prosesi maddәlәrin hәcminin artmasına sәbәb olur (adәtәn, bir neçә %). Əgәr bu hal mövcuddursa, onda tәzyiqin artması Tә-nin artması ilә nәticәlәnir (şәkil 4). Lakin bәzi maddәlәrdә (mәs., şәkil 1) Ə. zamanı hәcmin azalması baş verir. Belә maddәlәr üçün Ə. temp-ru tәzyiq artdıqda azalır. Ə. prosesi maddәnin fiziki xassәlәrinin dәyişmәsi ilә müşayiәt olunur: kristallik quruluşun dağılmasından irәli gәlәn entropiya artımı; istilik tutumunun artımı; elektrik müqavimәtin artımı [bәzi yarımmetallar (Bi, Sb) vә yarımkeçiricilәr (Ge) istisna tәşkil edir, çünki onlar maye halında daha yüksәk elektrik keçiriciliyinә malik olur]. Ə. prosesi zamanı sürüşmә müqavimәti praktiki olaraq sıfıra enir (әrintidә eninә elastiki dalğalar yayıla bilmir), sәsin (uzununa dalğaların) yayılma sürәti azalır vә s.

    Şәkil 4. Qәlәvi metalların әrimә temp-runun (Tә, °C) p tәzyiqindәn (kbar) asılılığı. Cs-un әrimә әyrisindәki qırılmalar yüksәk tәzyiqlәrdә bu maddәdә iki polimorf çevrilmәnin mövcud olması ilә bağlıdır (a b).

    Ə. prosesi tәbiәtdә (Yer sәthindә qar vә buzun әrimәsi, Yer daxilindә mineralların әrimәsi vә s.), elm vә texnikada (saf metal vә xәlitәlәrin alınması, әrintilәrin qәliblәrә doldurulması vә s.) әhәmiyyәtli rol oynayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç