ƏRİNC – İrәvan xanlığının Qırxbulaq mahalında (9.9.1930 ildәn Kotayk, 12.10.1961 ildәn Abovyan r-nu), İrәvan–Tiflis avtomobil yolunun üstündә, İrәvan–Ellәr d.y. xәttinin kәnarında azәrb.-ların yaşadığı kәnd. Mirzә İsmayıl adlı şәxsin tiyul kәndi olmuşdur. 1828–29 illәrdә kәndin azәrb. әhalisi qoyulmuş, burada İran vә Türkiyәdәn köçürülmüş ermәni ailәlәri yerlәşdirilmişdir.