Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRİNCƏKLƏR

    ƏRİNCƏKLƏR – kәmdişlilәr dәstәsinin mәnşәyinә görә müxtәlif, lakin bir-birinә konvergent oxşar olan iki fәsilәsinin qәbul edilmiş ümumi  adı; әvvәllәr onlara  bir fәsilәnin 2 cinsi kimi baxırdılar. Hәr iki fәsilәnin nümayәndәlәri üçün dәyirmi baş, kiçik qulaqlar sәciyyәvidir; gözlәr önә yönәlmişdir. Quyruğu qısadır vә ya yoxdur; ön әtrafları arxa әtraflardan uzundur; әldarağı vә ayaq pәncәsi ensiz, әyilmiş olur. Barmaqları bitişik; dırnaqları iri vә aralıdır. Üçbarmaqlı Ə.-dә (Bradypodidae fәsilәsi; 1 cins, 4 növ) ön vә arxa әtrafların hәrәsindә  3  barmaq,  ikibarmaqlı  Ə.-dә (Megalonychidae fәsilәsi; 1 cins, 2 növ) ön әtraflarda 2, arxa әtraflarda 3 barmaq olur. İkibarmaqlı Ə.-in bәdәninin uz. 60–64 sm vә daha çox, kütlәsi 9 kq-adәk olur. Üçbarmaqlı Ə. xırdadır, bәdәninin uz. 50–60 sm, kütlәsi 4–5 kq-dır. Sıx, cod tüklәr gövdә üzәrindә qarından kürәyә doğru bitir; rәngi sarımtıl-ağ, yaxud yaşılaçalan qonurumtul olur. Ə. Mәrkәzi vә Cәnubi Amerikanın rütubәtli tropik meşәlәrindә yayılmışdır. Ağacda yaşayır, yerdә lәng vә yöndәmsiz gәzirlәr. Bәzi Ə. yaxşı üzür vә daşqınlar zamanı nisbәtәn uzaq mәsafәlәrә gedә bilirlәr. Yarpaq, cavan zoğ vә meyvәlәrlә qidalanırlar. Mәdәsi böyük, çoxkameralıdır. Bәdәn temp-ru 24°C-dәn 30– 33ºC-yәdәk dәyişir. Ə., әsasәn, gecәlәr fәaldır. Kiçik әrazili yerlәrdә tәk-tәk yaşayırlar. Boğazlıq dövrü 4–6 aydır; uz. 20 sm-әdәk olan bir iri bala doğur vә sinәsindә gәzdirir. Ə. heyvanxanada 23 ilә qәdәr yaşayır. Ə.-in Bradypus cinsindәn nәsli kәsilmәk tәhlükәsi altında olan 2 növü BTMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.

    Цчбармаглы яринъяк (Bradypus tridactylus).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç