ƏRİNTİLƏR – iki, yaxud bir neçә komponentin (kimyәvi maddәlәr) birgә әridilmәsindәn alınan maddәnin bәrkimәsindәn yaranan cisim. M e t a l Ə. metallardan (mәs., mis vә sinkin әrintisi olan bürüncdәn), yaxud metal vә az miqdarda qeyrimetal qarışığından (mәs., dәmirin karbonla әrintilәrindәn alınan çuqun vә poladdan) ibarәt ola bilәr. Q e y r i m e t a l Ə. qeyrimetal maddәlәrdәn, mәs., tәbii (qranit, qneys, bazalt) vә süni (şüşә, posa) silikatlardan, duzların vә üzvi maddәlәrin vә s. Ə.-indәn ibarәtdir. Bax hәmçinin Alüminium әrintilәri, Asanәriyәn әrintilәr, Berillium әrintilәri, Bәrk әrintilәr, Dәmir әrintilәri, Gümüş әrintilәri, Mis әrintilәri vә s.