ƏRİŞTƏ – buğda unundan hazırlanan әrzaq (xәmir mәhsulu). Ə. hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda (yaymakeşd ә) nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Ə.-ni sәrib qurutmaqla uzun müddәt saxlamaq mümkündür. Azәrb.-da Ə.-dәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Ə. kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Ə. bir sıra Yaxın Şәrq, Orta Asiya vә Qafqaz xalqları arasında yayılmışdır.