ƏRİŞTƏBALIQ (Salangichthys microdon) – osmerkimilәr (Osmeriformes) dәstәsinin salangidlәr (Salangidae) fәsilәsindәn balıq cinsi. Digәr tәsnifata görә Ə. osmerkimilәr fәsilәsinә aid edilir. Bәdәni şәffaf, uz.10 sm-әdәk, kütlәsi 0,7–1,5 q olur; başı yuxarıdan aşağıya doğru basıqdır. Ə. Koreyanın ş., Yaponiyanın q. vә ş. sahillәri boyu şortәhәr sularda yaşayır; buradan çaylara keçir. May ayında Amur körfәzindә kütlәvi kürülәmә vaxtıdır; yayda diametri 0,5–0,7 mm olan 2 minә qәdәr kürü tökür. Mayalanmış kürü 7 gün inkişaf edir. Kürü tökdükdәn sonra balıqların әksәriyyәti mәhv olur. Payızda körpәlәr dәnizә axın edir; planktonlarla qidalanır. Ov obyektidir.
Яриштябалыг (Salangichthys microdon).