ƏRİŞTOXUYAN MAŞIN – trikotajı uzunluğu boyunca toxuyan maşın. Ə.m.-da saplar daraqlar vasitәsilә eyni zamanda bütün iynәlәrә (hәr sap öz iynәsinә) keçirilir, sonra onlardan ilmә toxunur. Müxtәlif növ trikotajların (alt geyimlәri, paltarlar, idman mәmulatları, süni xәzlәr, texniki parçalar vә s.) istehsalında tәtbiq edilir.