ƏRİTMƏ – materialların (әsasәn metalların) әritmә sobalarında maye hala düşәnәdәk emalı prosesi. Metallurgiyada filizdәn metal hasilatında (domna Ə.-si), bәrk vә ya maye metal şixtәlәrinin tәkrar emalında (marten Ə.-si, elektrik Ə.-si, konverter Ə.-si, ferroәrintilәrin vә әlvan metalların saflaşdırılması), әrintilәrin alınmasında, külçә vә ya fasonlu tökmәlәr üçün bәrk metalların әridilmәsindә vә s. mәqsәdlәrlә tәtbiq edilir.