ƏRİYƏN QORUYUCU – cәrәyan şiddәti yol verilәn qiymәtdәn artıq olduqda, elektrik dövrәsini qıran sadә quruluş; elektrik dövrәlәrini vә istifadәçilәri qısaqapanma cәrәyanlarından qorumaq üçündür. Ə.q. bir vә ya bir neçә әriyәn tıxacdan, izolәedici gövdәdәn vә әriyәn tıxacın elektrik dövrәsinә qoşulması üçün çıxışlardan ibarәtdir. Bәzi Ə.q.-lar әriyәn tıxacı yaxşı soyutmaq vә elektrik qövsünü söndürmәk üçün kvars qumu ilә doldurulur, bәzilәri isә indikatorla tәchiz olunur. Ə.q. cәrәyanın tәsiri ilә qızan vә asanәriyәn metaldan (adәtәn sink, yaxud gümüşdәn) hazırlanmış mәftil, mil vә ya lövhәdir. Yastı tıxacın әriyәn ensiz hissәlәri olur. Cәrәyan şiddәti artdıqca qoruyucunun tәsir müddәti qısalır. Ə.q. elektrik dövrәsinә ardıcıl qoşulur; tıxac әriyәn zaman dövrә qırılır.