ƏRKİVAN MİNERAL SU BULAQLARI – Azәrb. Resp. Masallı r-nu әrazisindә, Masallı ş.-ndәn 15 km c.-q.-dә, Vilәş çayının hәr iki sahilindә, dәniz sәviyyәsindәn 500 m yüksәklikdә yerlәşir. Bir neçә bulaqdan ibarәt qrup tәşkil edir. Üst Eosenin alevrolit, argillit vә tufqumdaşından çıxır. Suyu kükürdlü, acı tamlıdır; temp-ru 41,5–50°C, debiti 1 mln. l/gün-dür. Sxaltubo tiplidir.
Balneoloji tәrkibi:
Suyu çox minerallaşmış, xlorlu, natriumlu-kalsiumludur. Müalicә üçün istifadә edilir.
Əd.: Тагиев И.И., Ибрагимова И.Ш., Бабаев А.М. Ресурсы минеральных и термальных вод Азербайджана. Б., 2001.