ƏRMƏNƏT – Azәrb. Resp. Oğuz r-nunun Xalxal ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 15 km ş.-dә, Qalaçayın (Türyan çayının qolu) sahilindәdir. Əh. 803 (2015); taxılçılıq, heyvandarlıq vә bağçılıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, ATS, tibb mәntәqәsi var.