ƏRMİK, Yuxarı Ərmik – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә, Vedi çayının yuxarı axarında azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ortalarında kәndin aşağısında salınan yeni yaşayış mәntәqәsi tәdricәn Aşağı Ərmik adlandırıldığından Ə. k.-nә dә Yuxarı Ərmik deyilmişdir. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalaraq tamamilә dağıdılmış, әhalisinin әksәriyyәti qonşu Dәrәlәyәz mahalında müvәqqәti mәskunlaşmışdır. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhali geri qayıdaraq kәnddә mәskunlaşmış, lakin 1949 ildә yenidәn Azәrb.-a deportasiya olunmuşdur.