ƏRMİNİYYƏ, Ərmәniyyә – 8 әsrdә Əmәvilәr xilafәti tәrkibindә yaradılmış canişinlik. Canişinliyin inzibati mәrkәzi Dәbil ş. idi. 789 ildә mәrkәz Bәrdәyә köçürüldü. Ə.-yә Ermәnistan, Arran vә Gürcüstan (İberiya) әrazilәri daxil idi. Ə.-ni әrәb canişini (v a l i) idarә edirdi. Xilafәtin bu bölgüsü mühüm әhәmiyyәtә malik deyildi; idarәetmә sistemindә әrәblәrәqәdәrki idarә formaları qalırdı. Əvvәllәr dördüncü, sonralar isә üçüncü әmirliyin
tәrkibinә daxil idi. Bu inzibati bölgüyә görә bir çox orta әsr әrәb müәllifinin (İbn Xordadbeh, İbn Havqәl, İstәxri, әl-Müqәddәsi, әl-Yәqubi, İbn әl-Əsir vә b.) әsәrlәrindә Azәrb. vә Gürcüstanın bәzi şәhәrlәrindәn “Ərminiyyә” şәhәrlәri kimi bәhs olunur. 9 әsrin 80-ci illәrindә canişinlik parçalandı; Xilafәtdәn nominal asılı olan yerli hökmdarlıqlar yarandı.