ƏRMİYA, İrmiya (әr. –إرميا), Y e r é my a, İyeremiya (ivritcә –ירמיהו; yun. Ἰερεμίας) (e.ә. 650/645, Anatot, Qüds yaxınlığında – tәqr. e.ә. 580, Misir) – peyğәmbәr, İsa Mәsihin sәlәflәrindәn biri; Eviator nәslinin davamçısı, Yerusәlim mәbәdinin baş kahini Hilqiyanın oğlu. Quranda adı çәkilmәsә dә, Vәhb ibn Münәbbih, Tәbәri vә b.-da rast gәlinir. Ə. haqqında әsas mәnbә Əhdi-әtiqdәki “Yeremya” kitabıdır. Peyğәmbәrlik missiyasına tәqr. e.ә. 626 ildә başlamışdır. Ə. Yerusәlimin süqutunu, Navuxodonosorun (Buxtunәssәr) şәhәri vә mәbәdi dağıdacağını, Yәhuda padşahının vә xalqının Babilә sürgün edilәcәyini, xalqın sürgündәn qayıdışı vә dirçәlişini qabaqcadan söylәmişdir; Yerusәlimin süqutu zamanı orada olmuş, ancaq әsir düşmәmişdir (Yer. 40:2-6). Yәhuda valisi Gedalyanın ölümündәn sonra Misirә sığınmaq mәcburiyyәtindә qalmış vә ehtimallara görә, orada vәfat etmişdir. Ə. bütün hәyatı boyu padşahlar vә saray adamları ilә, Yerusәlim mәbәdinin ruhanilәri vә yalançı peyğәmbәrlәr ilә mübarizә aparmış, onları İsrail Tanrısının әmrlәrinә әmәl etmәmәkdә günahlandırmışdır. Ə.-ya görә, xalqın yolunu azmasının vә Babil әsarәtinin sәbәbi mәhz budur; bu әsarәt xalqı tәmizlәmәli vә tövbәnin başlanğıcı olmalıdır.