ƏR-RİF, R i f – Mәrakeşin şm.-ında, Atlas d-rı sistemindә silsilә. Aralıq dәnizi sahili boyu uzanır. Hündür zirvәsi Tidikin d.-dır (2456 m-әdәk). Əsasәn әhәngdaşından tәşkil olunmuşdur; çoxsaylı dәrin çay dәrәlәri ilә kәsilmişdir. Şm. yamaclarının әtәklәrindә kolluqlar, palıd meşәlәri, yuxarılarda ardıc vә sidrdәn ibarәt iynәyarpaqlı meşәlәr, c. yamaclarında isә meyvә bağları yayılmışdır.
Яр-Риф даь силсиляси. Мяракеш.