ƏRSİNDİMDİK, adi әrsindimdik (Platalea leucorodia) – ibislәr fәsilәsindәn quş. Azәrb. faunasına daxil olan yeganә növ. Uz. 80–90 sm; kütlәsi 1,2–1,7 kq-dır. Dimdiyi uzun, düz, yastılaşmış, üzәri eninә xırda dalğavarı vә ucu әrsin şәklindә enlilәşmişdir. Lәlәk örtüyü ağdır; peysәrindә bir topa sarımtıl-qәhvәyi rәngli cütlәşmә bәzәyi olan kәkil vә boynunun ardında oxravarı-sarı lәkә sәciyyәvidir. Gözünün qüzehli qişası al-qırmızıdır. Göz әtrafında dәri çılpaq; dimdiyin dibi vә boğazı sarı, ayaqları uzun vә qaradır. Erkәklәri daha uzun dimdiyi, ayağı vә kәkili ilә fәrqlәnir. Cavan quşların çalma lәlәklәrinin oxu vә qanadlarının ucu tündrәngli, gözlәri bozdur. Cәnubi Avrasiya vә Şimali Afrikanın sahillәrindә yayılmışdır. Xırda şirinsulu, yaxud şor su hövzәlәrinin sahillәrindә çoxdur; 2000 m-әdәk yüksәklikdә dağ göllәrindә rast gәlinir. Şm. populyasiyaları köçәridir. Azәrb.-da bataqlıqlarda, qamışlıqlarda koloniyalarla mәskәn salır. Mart ayında Azәrb.-a nәsil vermәk üçün gәlir, sentyabrda Afrikaya uçurlar. Gilli dayaz sularda yaşayan buğumayaqlı vә xırda balıqlarla qidalanır. Yuvasını ağacda, yaxud qamışlıqda, adәtәn, leylәkkimilәr vә qarabatdaqlarla birlikdә koloniyalarda qurur. 3–4 yumurta qoyur; hәr iki valideyn 24–25 gün kürt yatır; әtcәbalaları yuvada 28 gün yemlәyirlәr. Körpә fәrdlәr 45–50 günlükdә sәrbәst uça bilirlәr. Sayı azalır. Nadir vә bәzәkli quş kimi Azәrb.-ın “Qırmızı kitab”ına daxil edilmişdir. Mühafizә olunur.
Ади ярсиндимдик (Platalea leucorodia).