ƏRŞAD Hüseyn Mәhәmmәd (d.1.2.1930, Britaniya Hindistanı, Ranqpur) – Banqladeş siyasi vә hәrbi xadimi, polkovnik (1973), gen.-m. (1975). 1983–90 illәrdә ölkәnin 10-cu prezidenti olmuşdur. Dәkkә Un-tinin mәzunu idi. Pakistan (1952 ildәn) vә Banqladeş (1971 ildәn) ordularında xidmәt etmişdir. Ali hәrbi tәhsilini Hindistanda almışdır. 1983 ildә hәrbi çevriliş yolu ilә hakimiyyәtә gәlmiş, 7 il ölkә prezidenti olmuşdur. 1990-cı illәrdә Catya partiyasının lideri olan Ə. 4 dәfә parlamentә seçilmiş, Avami Liq hökumәtindә öz partiyasına kiçik partnyor statusunu (1996– 2001) qazandırmışdır. Ə. prezidentliyi dövründә törәtdiyi әmәllәrә görә tez-tez istintaqa cәlb edilmişdir.