ƏRŞƏ – Cәnubi Azәrb.-da (Ərdәbilin şm.q.-indә vә Qarasu çayı hövzәsindә) tarixi mahal. Şm.-dan Germi, c.-dan Meşkin, q.dәn Muğan, şm.-ş.-dәn isә Talış d-rı ilә hәmsәrhәddir. Bәzz qalasının yaxınlığındadır. Əhali әkinçilik, maldarlıq vә sәnәtkarlıqla mәşğuldur. Ə. zәrif xalça, kilim, keçә, corab vә s. yun mәmulatı ilә mәşhurdur. Orta әsr mәnbәlәrindә (Yaqut Hәmәvi, Hәmdullah Qәzvini vә b.) “Ərşәq” (“Ərşaq”) kimi adı çәkilәn Ə.-dә aparılmış arxeoloji qazıntılar zamanı küp qәbirlәri vә Parfiya Arşakilәri dövrünә aid yaşayış mәskәni aşkar edilmişdir.