ƏRUS – Azәrb. Resp. Yardımlı r-nunda kәnd. Ərus ә.d.-nin (Ərus, Mәlikli, Mirimli, Şәlә, Tahirli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 9 km şm.-ş.-dә, Burovar silsilәsinin әtәyindәdir. Əh. 1858 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. 4 tam orta mәktәb, 2 kitabxana, tibb mәntәqәsi, poçt, ATS; memarlıq abidәlәrindәn 14 әsrә aid türbә, 14–17 әsrlәrә aid Dizә-Dula yaşayış yeri var.