ƏRZAİNİ, Ərzani – Azәrb. Resp.-nda palçıq vulkanı. Qobustan r-nu әrazisindә, Ceyrankeçmәz depressiyasının q. yamacının c.-ş. hissәsindә, Qobustan d.y. st.ndan 25 km q.-dә yerlәşir. En istiqamәtli bir sırada düzülmüş üç sopka qrupundan ibarәtdir. Vulkanın tәpәli zirvәsi c. tәrәfdәn Torağayәtrafı düzәnlikdәn yüksәlәrәk kiçik qobularla kәsilmiş dik yamac әmәlә gәtirir. Şm. vә şm.-q. tәrәfdәn Qәlәndәrtәpә d. ilә hәmsәrhәddir. Vulkanın orta hissәsindәn Şirqobu çayı axır. Morfoloji әlamәtlәrinә görә 3 qrupa bölünür. Fәaliyyәtdә olan sopka, salz vә qrifonlardan qaz, su, neftli palçıq ayrılır. Tektonik cәhәtdәn eyniadlı qırışığın tağ hissәsinә uyğun gәlir. Sopka brekçiyasının hәcmi 1320 mln. m3, yayıldığı sahә 1757 ha-dır; qalınlığı 75–80 m-ә bәrabәrdi.