ƏRZAQ MƏHSULLARININ DONDURULMASI – әrzağın temp-runun onun şirәsinin donduğu temp-rdan aşağı temp-ra salınması üsulu ilә konservlәşdirilmәsi. Bu temp-r hәddi әt üçün –0,6°-dәn –1,2°Cyәdәk, süd üçün –0,55°C, yumurta üçün – 0,5°C, balıq üçün –0,6°-dәn –2°C-yәdәkdir. Bu zaman әrzağın tәrkibindәki bütün su donur, mikrofloranın hәyat fәaliyyәti vә fermentlәrin aktivliyi tamamilә dayanır. Nәticәdә temp-run hәmişә bu cür aşağı vәziyyәtdә qalması şәrti ilә әrzaq öz ilkin keyfiyyәtini uzun müddәt saxlaya bilir. Ət, balıq, meyvә, gilәmeyvә, tәrәvәz, şirniyyat mәmulatları, yarımfabrikatlar (әt, balıq vә s. mәhsullardan), desertlәr, şirәlәr vә s. dondurulur. Ə.m.d.-nın әsas üsulları: әrzağın soyuducu agentlә birbaşa әlaqәsi olmadan (mәs., әrzaq soyudulan metal sәthin üzәrinә qoyulur); soyuq hava üfürmәklә (soyuducu kameradan, yaxud dar tuneldәn keçәn soyudulmuş hava güclü ventilyator vasitәsilә böyük sürәtlә verilir); soyuducu agentlәrә (maye azot, freon vә s.) daldırılmaqla. Sonuncu üsulla çox aşağı temp-rlar әldә etmәk olur (maye azotda –195°Cyәdәk). Bәzi hallarda (mәs., balığın dondurulması zamanı) hermetik polimer qablaşdırmalı әrzağı mayeyә (mәs., xlorid-kalsium mәhluluna) daldıraraq, yaxud donmayan mәhlul (mәs., xörәk duzu mәhlulu) ilә sulayaraq yaş dondurulma tәtbiq edilir. Dondurulmuş әrzağın yüksәk keyfiyyәtdә qalması üçün hava ilә tәmasının qarşısını almaq mәqsәdilә әrzaq qablaşdırılmalıdır, refrijerator vaqonları, yaxud avtoqatarlarında nәql edilmәli vә soyuducularda saxlanılmalıdır.