Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

    ƏRZAQ TƏHLÜKƏSİZLİYİ – dövlәtin milli tәhlükәsizlik elementlәrindәn biri. İlk dәfә 1974 ildә BMT Baş Assambleyasında vurğulanan “Ə.t.” termini qlobal böhran vә acların etirazları nәticәsindә dünya gündәminin әsas mәsәlәlәrindәn biri halına gәlmişdi. Ə.t. dedikdә, әhalinin fәal vә sağlam hәyat tәrzini qorumaq üçün müәyyәn olunmuş keyfiyyәt standartlarına uyğun әsas әrzaq mәhsulları ilә fasilәsiz vә uzunmüddәtli tәminata imkan yaradan tәdbirlәr kompleksi nәzәrdә tutulur. Onun hüququ әsası dövlәt konstitusiyasından irәli gәlir vә hәr bir ölkәnin әrzaq müstәqilliyi (yәni hәr hansı fövqәladә vәziyyәtdә dövlәtin әhalini әrzaq vә qida mәhsulları ilә tәmin edә bilmәsi, elәcә dә hәr bir insanın qida mәhsullarını әldә etmәk üçün fiziki, sosial vә iqtisadi imkanlarının olması) Ə.t ilә müәyyәn edilir. O dövlәtin aqrar vә iqtisadi siyasәtinin başlıca mәqsәdlәrindәn biridir.

    Bәşәriyyәtin etibarlı şәkildә әrzaqla tәmin olunması prosesindә taxıl istehsalı xüsusi әhәmiyyәt kәsb edir vә taxılın (daha sonra qarğıdalı vә düyünün) bazardakı mövqeyi beynәlxalq miqyasda, hәmçinin ayrı-ayrı dövlәtlәrin Ə.t.-ndә әsas göstәricilәrdәn biri sayılır. Beynәlxalq miqyasda Ə.t.-nin strategiya vә taktikasını işlәyibhazırlayan BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının (FAO) Beynәlxalq Tәhlükәsizlik Komitәsi Yer kürәsi әhalisinin әrzaq ehtiyacını müәyyәn edәrkәn, bütün mövcud taxıl ehtiyatının ümumdünya taxıl istehsalına olan nisbәtinә әsaslanır.

    Dünya üzrә qәbul olunmuş normativlәrә әsasәn, ölkәdә istehlak olunan әsas әrzaq mәhsullarının 80%-i ölkә daxilindә istehsal olunarsa, bu dövlәtin Ə.t. tәmin olunmuş sayılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç