ƏRZƏKƏND – İrәvan xanlığının Dәrәçiçәk mahalında (9.9.1930 ildәn Axta, 30.6.1959 ildәn Razdan r-nu), Zәngi çayının sol qolu olan Dәllәr çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. 19 әsrdә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edildikdәn sonra buraya әvvәl İrandan, sonra Türkiyәdәn köçürülmüş ermәnilәr dә yerlәşdirilmişdir. 1918 ildә ermәni tәcavüzünә mәruz qalmış kәndin azәrb. әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra Ə.-in qaçqın әhalisi geri qayıtmış, lakin 1928–30 illәrdә ermәnilәr tәrәfindәn yenidәn sıxışdırılaraq doğma yurdlarından çıxarılmışdır. Sovet dövründә kәndin adı dәyişdirilib Arzakan qoyulmuşdur.