ƏRZİNCAN (Erzincan) – Türkiyәnin şm.ş.-indә şәhәr. Ərzincan ilinin inz. m. Əh. 129,4 min (2012). D.y. st. Avtomobil yolları qovşağı. K.t. r-nunun ticarәt mәrkәzi. Şәkәr z-du, unüyütmә vә pambıq parça müәssisәlәri, un-t (2006; nәzdindә 7 fakültә, 3 in-t, 11 peşә-texniki mәktәbi vә s.) fәaliyyәt göstәrir.
Ə. Kiçik Asiyanın әn qәdim şәhәrlәrindәndir. Onun nә zaman salındığı vә qәdim tarixi haqqında mәnbәlәrdә dәqiq mәlumat olmasa da, tәdqiqatlar vә arxeoloji qazıntıların nәticәlәri şәhәrin e.ә. 3-cü minillikdә mövcud olduğunu tәsdiqlәyir. E.ә. 2-ci minillikdә Mitanni dövlәtinin hakimiyyәti altında idi. E.ә. 1380 ildә hetlәrin uzunmüddәtli yürüşlәrindәn sonra Hett dövlәtinin tәrkibinә qatıldı, II Argiştinin [714–685] hakimiyyәti zamanı isә Urartu tәrәfindәn zәbt olundu. Bir müddәt skiflәrin vә madalıların (midiyalıların) nәzarәtinә keçәn Ə. Əhәmәnilәr, sonra isә Makedoniyalı İsgәndәrin imperiyasına daxil edildi. Əvvәlcә Roma ilә Parfiyanın (e.ә. 2 әsr – eramızın 3 әsri), sonra isә İranla Bizansın (6–7 әsrlәr) arasında baş vermiş müharibәlәr zamanı döyüş meydanına çevrildi. Ömәrin [634–644] xәlifәliyi dövründә әrәb ordusu 638 ildә bölgәyә yürüş etdi. 1048 ildәn etibarәn türklәrin mәskunlaşdığı Ə.-da Toğrul bәyin akınçıları yerlәşdi, Malazgird döyüşündәn (1071) sonra isә şәhәr Sәlcuqilәrin hakimiyyәti altına keçdi. Hülakuların dövründә Ə. valilәr tәrәfindәn idarә olunurdu. Bölgә müxtәlif vaxtlarda Teymurilәrin, Qaraqoyunluların, Ağqoyunluların nәzarәtindә idi. Otluqbeli vuruşmasından (1473) sonra Ağqoyunlu dövlәtinin tәrkibindә qaldı vә şәhәri yerli hakimlәr idarә etdi. Ə. Uzun Hәsәnin dövründә abad şәhәrә çevrilmiş vә әhalisi artmışdı, bir çox mәscid vә mәdrәsәlәr tikilmişdi. 1500 ildә Şah İsmayil Ə.-a daxil oldu. Bölgә Sәfәvilәr dövlәtinә qatılsa da, Çaldıran vuruşmasından (1514) sonra Osmanlıların hakimiyyәtinә keçdi. 19 әsrdәn etibarәn strateji әhәmiyyәt daşıyırdı. Birinci dünya müharibәsindәn әvvәl vә müharibә illәrindә Ə. vә әtraflarında ruslardan dәstәk alan ermәnilәrin üsyanları baş verdi. 1916 il iyulun 24-dә rus qoşunları tәrәfindәn işğal edilmiş, Ərzincan barışığı (1917) imzalanmışdır. 1918 il fevralın 26-da yenidәn Osmanlılara qaytarılmışdır.
Ярзинъан шящяриндян эюрцнцш.