ƏRZİNCAN BARIŞIĞI (1917) – hәrbi әmәliyyatların dayandırılması haqqında Osmanlı hökumәti ilә Zaqafqaziya Komissarlığı nümayәndәlәri arasında dekabrın 5dә Ərzincan ş.-ndә imzalanmış saziş. Barışığın şәrtlәrinә görә, Osmanlı ordusu Qafqaz cәbhәsindәn Mesopotamiyaya çәkilmәli, Qara dәnizdәki hәrbi әmәliyyatlar dayandırılmalı, Rusiyanın Mәrkәz dövlәtlәri (Dördlәr İttifaqı) ilә imzalayacağı ümumi sazişin maddәlәri Qafqaz cәbhәsinә dә şamil olunmalı idi. Sәnәdin maddәlәrini pozan tәrәf hәrbi әmәliyyata başlayacağını 14 gün әvvәl bildirmәli idi, әks halda, barışıq ümumi sülh müqavilәsi bağlananadәk qüvvәdә qalırdı. Tәrәflәr arasında dәrhal demarkasiya xәtti müәyyәn edilmәli, orduların strateji yerdәyişmәsinә imkan verilmәmәli idi.
Osmanlı Baş komandanlığı Ə.b.-nı Sovet Rusiyası ilә deyil, Zaqafqaziya Komissarlığı ilә imzalamaqla, dolayısı ilә onu Zaqafqaziya hökumәti kimi tanımış oldu. Rus qoşunları Qafqaz vә Şәrqi Anadoludan geri çәkilsәlәr dә, silahlarının xeyli hissәsini Azәrb. vә Anadoluda soyqırımını hәyata keçirәn ermәni-daşnak dәstәlәrinә verdilәr.