ƏRZİNCANİ Mәhәmmәd Bәhaәddin, Pir Mәhәmmәd Ərzincani (?, Ərzincan, Keleriç, indiki Üzümlü, Qaraqaya k. – 1474, Ərzincan) – sufi şeyxi. Xәlvәtiyyәnin Anadoluda fәaliyyәt göstәrmiş ilk nümayәndәlәrindәndir. Hәyatı haqqında әsas mәnbә Cәmalәddin Hülvinin “Lәmәzat” (1621) әsәridir. Onun qeydlәrinә görә, Ə. Azәrb.-a gәlmiş, Seyid Yәhya Bakuvidәn dәrs almışdır. Seyrü süluku (sufi praktikası) tamamladıqdan sonra Bakuvi onu öz xәlifәsi tәyin etmiş vә irşad mәqsәdilә Ərzincana göndәrmişdir. Ə.-nin yetişdirdiyi İbrahim Tacәddin Qeysәri, Pir Fәthullah, Pir Əhmәd Ərzincani vә Camal Xәlvәti xәlvәtiyyәnin Anadoluda yayılmasında mühüm rol oynamışlar. Çox sayda mәnzum vә mәnsur әsәri olduğu qeyd edilәn Ə.-nin günümüzә “әtvari-sәbә”yә (“nәfsin mәrtәbәlәri”) dair 815 beytlik türkcә bir mәsnәvisi çatmışdır.