ƏRZURUM (Erzurum) – Türkiyәnin Şәrqi Anadolu, qismәn Qara dәniz bölgәlәrindә il. Sah. 25,1 min km2. Əh. 778,2 min (2012). İnz. m. Ərzurum ş.-dir. Ərazisini q.-dәn ş.-ә uzanan dağ silsilәlәri (Mәscid, Qarğabazarı, Palantökәn vә digәr dağlar), dağarası yayla vә ovalıqlar tutur. İlin әrazisi seysmik zonada yerlәşir; 1268, 1766, 1868, 1906, 1924, 1926, 1935, 1966, 1971, 1983 illәrdә dağıdıcı zәlzәlәlәr olmuşdur. Çayları Çorox (Çoruh) Qara dәniz hövzәsinә, Qarasu İran hövzәsinә, Araz Xәzәr dәnizi hövzәsinә aiddir. İqlimi kontinentaldır; yazı qısa vә istidir (avqust ayının orta tempru 19,6°C-dir), qışı uzun vә soyuqdur (yanvarın orta temp-ru –8,6°C; –30°C-yә qәdәr düşür). Yağıntının illik miqdarı yaylalarda tәqr. 500 mm-dir. Liqnit vә daş duz yataqları var.
Ə. Türkiyәnin vә Şәrqi Anadolu bölgәsinin әn mühüm ticarәt mәrkәzidir. Vil.-in iqtisadiyyatında әkinçilik, heyvandarlıq, xidmәt, tikinti vә sәnaye-ticarәt sektorları üstünlük tәşkil edir. Oltu mahalında çıxarılan Oltu daşından müxtәlif bәzәk әşyaları vә zәrgәrlik mәmulatları hazırlanır. Yeyinti, kimya, maşınqayırma, neft vә toxuculuq sәnayesi inkişaf etmişdir. Sәnaye mәrkәzi Əziziyә әyalәtidir. Yeyinti (yağ, pendir, qatıq, qablaşdırılmış su, әt vә әt mәhsulları), plastik kütlә vә kauçuk (plastik şüşә-torba-çuval, PVC boru), mineral (sement, beton, kafel, kәrpic, parket daşı, mәrmәr, sәki daşı), metal (polad qapı, qızdırıcı vә buxar qazanı, mismar vә s.), kimya (boya, sabun, yuyucu vә ağardıcı vasitәlәr), toxuculuq (corab vә s.) mәhsulları, tәsniflәşdirilmiş maşın vә tәchizat avadanlıqları (soba, samovar, manqal vә s.), motorlu quru nәql. vasitәlәri üçün kassa, qoşqu vә yarım qoşqu istehsal edәn kiçik vә orta müәssisәlәr fәaliyyәt göstәrir.
Ярзурум или. Палантюкян даьы.
460 min ha әrazi әkinçiliyә yararlıdır. Onun 306 min ha sahәsi suvarılır, 268 min ha sahәsi isә becәrilir. Becәrilәn torpaqlarda (2012): taxıl (әsasәn buğda, arpa, çovdar) – 181 min ha, paxlakimilәr (lobya) – 937 ha, yumruköklü bitkilәr – 3 min ha, sәnaye bitkilәri (şәkәr çuğunduru, kartof vә günәbaxan) – 2 min ha, yemlik bitkilәr – 80 min ha, meyvә (alma, armud, qoz, әrik, albalı) – 1,5 min ha, tәrәvәz – 780 ha tәşkil edir. Ə.-da tәqr. 760 min baş davar, 550 min baş qaramal yetişdirilir (2012). 15 min t әt, 358 min t süd, 7 min t kәrә yağı, 70 min t pendir, 50 min t qatıq; 500 t bal istehsal olunur (2012).