ƏRZURUM (Erzurum), Erzerum – Türkiyәnin şm.-ş.-indә şәhәr. Ərzurum ilinin inz. m. Əh. 779.321 (2015). Nәql. qovşağı. Yeyinti (şәkәr, әt vә s.) sәnayesi; ayaqqabı, mebel vә metal emalı müәssisәlәri var.
Ярзурум шящяриндян эюрцнцш.
Ə. qәdim şәhәrlәrdәndir. Əvvәllәr Karano (yun.), Karin (lat.), Kalikala (әr.), Feodosiopol (bizanslıların verdiyi adla) adlanmışdır. E.ә. 14 әsrin әvvәlindә hettlәr tәrәfindәn әsası qoyulmuşdur. 5 әsrdә Bizans imperatoru II Feodosi [tәqr. 401–450] Sasanilәrin hücumundan müdafiә üçün Ə. qalasını möhkәmlәndirmiş vә ona öz adını (421) vermişdi. Bu dövr şәhәrin çiçәklәnmә dövrü sayılır. 6 әsrdә Ə. qısa müddәt Sasanilәrin hakimiyyәtindә olmuşdur; hәmin әsrin sonlarında әhalisinin bir hissәsi Hәmәdan ş.-nә köçürülmüşdü. 7 әsrdә әrәblәr Hәbibin başçılığı ilә şәhәri tutmuş vә Ərәb xilafәtinә qatmışdılar. Şәhәrdә 2000 әrәb yerlәşdirilmişdi, onlar yunanlarla tez-tez müharibә aparmalı olmuşdular. 11 әsrdә sәlcuqlar tәrәfindәn (1071) işğal edilmiş vә Ərz-әr-Rum, yaxud Ərzәn-әr Rum (“Roma torpağı”) adlandırılmışdır. Şәhәrin indiki adı da buradandır. 1247 ildә monqollar, 1400 ildә Teymurlәng tәrәfindәn tutulmuşdu. 1473 ildәn Türkiyәnin tәrkibindәdir. 19 әsrin 20-ci illәrindә Ə. paşalığı mövcud idi. Rusiya–Türkiyә müharibәsi (1828–29) zamanı ruslar tәrәfindәn işğal olunmuş, lakin Adrianopol sülhünün (1829) şәrtlәrinә görә Osmanlı imperiyasına qaytarılmışdı. 1877 il oktyabrın 23-dә türklәrin Dәvәboynu döyüşündәki mәğlubiyyәtindәn sonra Ə. qalası ruslar tәrәfindәn (1878) zәbt edilmişdi. Lakin Berlin traktatına (1878) uyğun olaraq Türkiyәyә qaytarılmışdı. Birinci dünya müharibәsi (1914–18) dövründә Ə. Qafqaz cәbhәsinin rus qoşunları tәrәfindәn tutulmuş (1916) vә 1917 ilin yayınadәk onların әlindә qalmışdı. 1918 ilin әvvәllәrindә türk qoşunları Ə.-u ruslardan geri almışdır. 1919–20 illәrdә Ə. Türkiyә milli hәrәkatının mәrkәzlәrindәn biri olmuşdur. Ə.-da Atatürkün sәdrliyi ilә Şәrq vil. “Hüquqların müdafiәsi” Cәmiyyәtinin 1-ci konqresi (1919, 23 iyul–6 avqust) keçirilmişdir; şәhәrdә Birinci Türkiyә Millәt Mәclisi çağırılmışdı.
Ə. tarixi-memarlıq abidәlәrilә zәngindir: şәhәr qala divarları (5 әsr), Qala mәscidi vә Saat qüllәsi (12 әsr), Ulu Came (12 әsr), Qoşaminarәli mәdrәsә (13 әsr), Çobandәrә körpüsü (13 әsr), Lәlәpaşa camesi (16 әsr), hәmçinin karvansaralar, hamamlar. Ərzurum Arxeologiya muzeyi, Ərzurum–Türk islam әsәrlәri vә Etnoqrafiya muzeyi (Yaqutiyyә mәdrәsәsi, 14 әsr) vә s. fәaliyyәt göstәrir.
Atatürk Un-ti (1957), Texniki Un-t (2010), Dövlәt teatrı, Atatürk Evi (1984 ildәn muzey) fәaliyyәt göstәrir. Ə.-da 3 yerli televiziya vә 11 radio kanalı ilә verilişlәr yayımlanır, 15 qәzet nәşr olunur. Ə.-da “Kazım Qarabәkir” stadionu (23700 tamaşaçı), “Kayakla Atlama Qüllәlәri”, “Buz Hokkey Salonu”, “Buz Pateni Salonu”, “Konaklı Kayak Tәsislәri”, “Palantökәn Kayak evi”, “Palantökәn İdman Salonu”, “Yeni Ərzurum İdman Salonu”, “Kayaklı koşu vә Biatlon” vә s. idman komplekslәri fәaliyyәt göstәrir.
Ярзурум. Yaqutiyyя мядрясяси.
Tarixi-etnoqrafik, idman vә sağlamlıq, istirahәt turizmi inkişaf etmişdir. Ə. Türkiyәnin mәşhur qış turizmi mәrkәzidir. Şәhәrdәn 3 km c.-da Palantökәn silsilә d-rındakı xizәk mәrkәzi (hәmçinin Palantökәn kurortu) dünyada әn uzun vә dik yamacları ilә mәşhurdur: c. xizәk trasının uzunluğu 8 km-dir; şm.-dakı marşrut peşәkar xizәkçilәr üçün nәzәrdә tutulmuşdur. Böyük Əjdәr zirvәsinin (3188 m) 3100 m hündürlüyünә qalxan kanat yolu var. Uzundәrә ilçәsindә sıldırım qayalarla әhatәlәnmiş Tortum gölü vә Tortum şәlalәsi (hünd. 48 m, eni 22 m) yerli vә xarici turistlәri cәlb edәn tarixi yer vә istirahәt mәrkәzlәrindәndir. Ə. geotermal bulaqlar, müalicәvi vә mineral sularla zәngindir.