ƏSAS FONDLARIN TƏZƏLƏNMƏ ƏMSALI – әsas kapitalın tәkrar istehsalı dövrünün sürәtini xarakterizә edәn başlıca göstәrici. Ə.f.t.ә. il әrzindә istismara verilmiş yeni әsas fondların tam dәyәrinin periodun sonunda istismarda olan bütün әsas fondların tam dәyәrinә nisbәti kimi hesablanır. Ə.f.t.ә., әsasәn, işә tәtbiq edilmiş әsas fondların hәcmindәn asılıdır: digәr şәrtlәr eyni olduğu halda, hәcmin artması ilә әmsalın qiymәti artır. Bununla yanaşı, әsas fondların fiziki vә mәnәvi köhnәlmәsi dә Ə.f.t.ә.-nın qiymәtinә tәsir edir, yәni köhnә fondların sıradan çıxması öz-özlüyündә ilin sonuna qalan әsas fondların orta istifadә müddәtini azaldır. Bu sәbәbdәn hәr hansı sahә üzrә fәaliyyәt göstәrәn iki müәssisәdәn birindә il әrzindә әsas fondlar sıradan çıxıbsa, digәrindә belә bir hal baş vermәyibsә, onların әsas fondlarının tәzәlәnmә әmsallarını bir-biri ilә müqayisә etmәk mümkün deyil.
Əsas fondların texniki sәviyyәsinin dәyişmәsini xarakterizә etmәk üçün, Ə.f.t.ә. ancaq müәssisә aparatının vә sahәlәrinin istehsala nisbәti ilә hesablanmalıdır, bununla belә, bu göstәricinin tәrkibinә istismara verilmiş bütün avadanlıqlar deyil, yalnız texniki xarakteristikasına görә yeni texnika vә texnologiya kateqoriyasına aid әmәk vasitәlәri daxil edilmәlidir.