ƏSAS GÜBRƏ – sәpindәn әvvәl torpağa verilәn gübrә. Vegetasiya dövrü әrzindә bitkilәri üzvi maddәlәrlә tәmin edir. Növbәli әkindә sәpindәn әvvәl verilәn vә әlavә gübrәlәrlә birlikdә gübrәlәmә sistemini yaradır. Üzvi gübrәlәrin illik normasının çox hissәsi Ə.g. kimi tәtbiq olunur. Ə.g., adәtәn, hәr il şumdan vә kultivasiyadan әvvәl sәpilir. Bitkilәrin intensiv inkişafını vә vegetasiya dövründә qidalanmasını tәmin edir. Torpağa verilmә vaxtı (payız, yaz), sәpilmiş toxumun üstünün torpaqla örtülmәsi vә Ə.g.-nin dozaları bitkilәrin xüsusiyyәtlәrindәn (payızlıq, yazlıq), iqlim vә hava şәraitindәn, torpağın xassәlәrindәn vә gübrәlәrin tәsirindәn, bitkilәrin becәrilmә texnologiyasından vә s. asılıdır. Peyin, torf, kompost, yaşıl gübrә, әhәng, fosforlu vә kaliumlu gübrәlәr, az miqdarda azot gübrәlәri Ə.g. kimi işlәdilir.