ƏSAS HAL (kvant sistemindә) – mümkün olan әn kiçik daxili enerjiyә malik atom, molekul vә s. kvant sistemlәrin dayanıqlı halı. Ə.h.-dakı atomun daxilindәki elektronlar nüvә ilә daha möhkәm әlaqәdә olur. Kvant sistemi kvant enerjini udmaqla kvant keçidi yolu ilә Ə.h.-dan hәyәcanlanmış hala keçә bilәr. Ə.h.-a uyğun olan enerji hәm dә әsas enerji sәviyyәsi adlanır.