ƏSAS QANUN – bir sıra ölkәlәrdә dövlәtin, hәmçinin federativ dövlәt vә siyasi muxtariyyәt subyektlәrinin (mәs., Braziliya ştatları) konstitusiyalarının rәsmi (Almaniya, 1949 il Konstitusiyası; Finlandiya, 1999 il Konstitusiyası), yaxud qeyri-rәsmi (әksәr ölkәlәrdә) adı. Bәzi ölkәlәrdә (İsveç) konstitusiya müxtәlif zamanlarda konstitusiya әhәmiyyәtli mәsәlәlәrlә bağlı qәbul edilmiş bir neçә Ə.q.-dan ibarәtdir.