ƏSAS RƏNGLƏR – gözlә fәrqlәndirilә bilmәyәn sәviyyәdә rәngi almaq üçün istifadә olunan üç rәng; bu üç rәngi müәyyәn nisbәtdә optik qarışdırmaqla istәdiyimiz rәngi ala bilәrik. Bu rәnglәr bir-birindәn asılı olmamalıdır, yәni onlardan heç biri digәr iki rәngin istәnilәn kombinasiyasından alına bilmәz. Ə.r. dәsti üçölçülü kolorimetrik sistem әmәlә gәtirir. Mümkün Ə.r. sisteminin sayı sonsuzdur. Adәtәn bu üç әsas rәng kimi qırmızı, yaşıl vә mavi rәnglәr (RGB) götürülür.