ƏSAS TON – mümkün olan әn aşağı mәxsusi tezlikdә akustik sistemin rәqs etdiyi zaman yaratdığı ton. Ə.t.-un yüksәkliyi akustik sistemin tәbiәtindәn irәli gәlәn әsas mәxsusi rәqsin tezliyi ilә tәyin edilir. Mürәkkәb periodik rәqsi sinusoidal komponentlәr sırasına ayırdıqda, әn aşağı tezlikli komponenti göstәrmәk üçün dә “Ə.t.” terminindәn istifadә olunur.