Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏSAS ÜZVİ SİNTEZ

    ƏSAS ÜZVİ SİNTEZ, ağır  üzvi sintez – tәbii qazıntılardan vә tükәnmәyәn mәnbәlәrdәn alınan karbontәrkibli xammal әsasında üzvi maddәlәrin çoxtonnajlı sәnaye istehsalı. Qazıntı mәnbәlәrinә neft, daş kömür, şist, tәbii bitum, tәbii yanar qaz vә neftlә birgә çıxan qazlar, tükәnmәyәnlәrә sellüloz, liqnin, nişasta, bitki yağı, heyvani yağ vә s. aiddir. Ə.ü.s.-ә neftkimyәvi sintez daxildir.

    Ə.ü.s. vә neft-kimyәvi sintez zәrif üzvi sintezdәn ayrı-ayrı istehsalın miqyasına görә (ildә on minlәrlәdәn milyonlarla t-a qәdәr) fәrqlәnir. Bu zaman bütün buraxılan mәhsulların dünyada hәcmi yüz milyon tlarla hesablanır. Ə.ü.s.-in mәhsulları: karbohidrogenlәr, onların halogentörәmәlәri, spirtlәr, fenollar, olefinlәrin oksidlәri, aldehidlәr, ketonlar, karbon turşuları vә onların törәmәlәri, nitrobirlәşmәlәr, aminlәr, nitrillәr, sulfoturşular vә s.-dir. Bunlar digәr әmtәә mәhsullarının, polimerlәrin istehsalı üçün monomerlәr, ekstragentlәr, plastifikatorlar, sәthi-aktiv maddәlәr, hәlledicilәr, pestisidlәr, sintetik yanacaqlar, aşqarlar vә s.-nin sintezi üçün aralıq maddәlәrdir.

    Ə.ü.s. 19 әsrin sonunda daş kömürün kokslaşmasından alınan mәhsulların kimyәvi emalı bazasında yaranmışdır. Kokslaşmanın maye mәhsullarından sonrakı sintezlәr üçün aromatik birlәşmәlәr (benzol, toluol, ksilollar, naftalin, antrasen vә s.), qaz şәklindә etilen vә hidrogen ayrılırdı. Kalsium-karbiddәn asetilenin alınmasında koksdan istifadә edilirdi. Kömürün qazlaşdırılmasından karbon-monooksid, yaxud sintez-qaz (CO vә H2 qarışığı) alınırdı.

    20 әsrin başlanğıcında motor yanacaqlarının istehsalı üçün neftçıxarma vә neftemalı sәnayelәrinin, elәcә dә energetikanın artan tәlәbatını ödәmәk üçün tәbii qaz hasilatının sürәtli inkişafı başlandı. Bu, üzvi sintez mәhsullarının istehsalı üçün daha ucuz vә müxtәlif xammalların meydana çıxmasına sәbәb oldu. Tәbii qazlardan, qaz kondensatından vә neftlә birgә çıxan qazlardan C1–C5 parafin karbohidrogenlәri ayrılır vә xammal kimi istifadә edilir. Karbohidrogen xammalın digәr mәnbәlәri neftin motor yanacaqlarına vә yağlara emalı zamanı әmәlә gәlәn yan mәhsullarıdır. Neftin vә neft fraksiyalarının bütün termiki vә katalitik emal proseslәrindә normal vә izoquruluşlu C2 –C5, elәcә dә doymuş vә doymamış karbohidrogenlәr (metan, etan, propan, butan, izobutan, etilen, propilen, butenlәr, pentenlәr, butadien) әmәlә gәlir. Üzvi mәhsulların sintezi üçün yeni xammala olan tәlәbatın sürәtlә artması neftin yanacağa emal edilmәsi ilә әlaqәsi olmayan etilen vә propilen kimi olefinlәrin (karbohidrogen qazları vә neft fraksiyalarının pirolizi yolu ilә) istehsalının yaranmasına gәtirib çıxardı. Mәs., “Azәrkimya” İB-ndә yüngül benzin franksiyasının, katalitik krekinq qazlarının pirolizindәn etilen, propilen istehsal olunur vә onlardan polietilen, izopropil spirti alınır. Piroliz mәhsulları, hәmçinin dien vә aromatik karbohidrogenlәrin әlavә mәnbәyidir. Üzvi sintezin aromatik karbohidrogenlәrә artan tәlәbatını ödәmәk üçün 20 әsrin ortalarından etibarәn neft fraksiyalarının riforminqi prosesindәn (naften vә parafin karbohidrogenlәrin katalitik aromatiklәşmәsi) istifadә edilir.

    Ə.ü.s. proseslәrindә karbohidrogenlәr, karbon-monooksid vә sintez-qazdan başqa, hidrogen, oksigen, mineral turşular (sulfat, nitrat vә fosfat turşuları), qәlәvilәr, ammonyak, halogenlәr, kükürd oksidlәri vә s. qeyri-üzvi maddәlәr dә xammal kimi istifadә olunur. Xlor-üzvi sintezdә yüzdәn çox adda xlor-üzvi maddә alınır. Onlardan әn çox istehsal olunan vinilxloriddir. O, etilen vә xlordan alınır vә monomer kimi, әsasәn, polivinilxloridin istehsalında istifadә olunur. Digәr xlor-üzvi birlәşmәlәrә xlormetanlar, xlorpren, trixloretilen, epixlorhidrin, fosgen (sonradan izosianat almaq üçün), xlorbenzollar, xlorsirkә turşusu vә s. aiddir. Bu maddәlәr xlorlaşma, hidroxlorlaşma, hipoxlorlaşma vә oksidlәşdirici xlorlaşma reaksiyaları ilә alınır.

    Ə.ü.s. sәnayesindә karbohidrogenlәr vә onların törәmәlәrinin oksidlәşmә reaksiyaları (bunlar havanın oksigenindәn istifadә etmәklә geniş çeşiddә mәhsullar almağa imkan verir) geniş yayılmışdır. Bu etilenin asetaldehidә vә etilenoksidә; asetaldehidin sirkә turşusuna; tsikloheksanın adipin turşusuna, p-ksilolun tereftal turşusuna; kumolun hidroperoksidә (parçalanmasından aseton vә fenol alınır); propilenin akrolein vә akril turşusuna; metanolun formaldehidә qәdәr oksidlәşmә proseslәridir. Oksidlәşmә proseslәrinә, hәmçinin oksidlәşdirici ammonoliz reaksiyaları aiddir ki, bunlardan propilenin oksidlәşdirici ammonolizi (bu reaksiya ilә çoxtonnajlı monomer – akrilnitril alınır) daha әhәmiyyәtlidir.

    Ə.ü.s. mәhsullarının xeyli hissәsi hidrogenlәşmә, dehidrogenlәşmә, oksidlәşdirici dehidrogenlәşmә reaksiyaları ilә alınır. Etilbenzol, butan vә izopentanın dehidrogenlәşmәsindәn müvafiq olaraq stirol (polistirolun istehsalı üçün monomer), butadien vә izopren (sintetik kauçukların istehsalı üçün monomerlәr) alınır. Benzolun hidrogenlәşmәsindәn tsikloheksan vә tsikloheksen; fenolun, nitrobenzolun vә ali karbon turşuları vә ya onların efirlәrinin hidrogenlәşmәsindәn müvafiq olaraq tsikloheksanol, anilin vә ali spirtlәr alınır. Ə.ü.s.-dә istifadә olunan reaksiyalara hәmçinin alkillәşmә (mәs., benzolun etilen vә propilenlә alkillәşmәsindәn etilvә izopropilbenzolun; izobutanın izobutilenlә alkillәşmәsindәn izooktanın alınması); olefinlәrin hidratlaşması (propilendәn izopropanolun alınması); efirlәşmә (sirkә turşusunun efirlәrinin, dioktilftalatın sintezi vә s.); karbonillәşmә (metanol vә CO-dan sirkә turşusunun alınması), nitrolaşma, sulfolaşma, sulfoxlorlaşma vә s. proseslәr aiddir. Əsasәn, metanın buxarla konversiyasından alınan sintez-qaz metanol istehsalında vә hidroformillәşmә proseslәrindә (olefinlәrdәn aldehid vә birli spirtlәrin oksosintezi) istifadә olunur. Neftin qiymәti yüksәk olduğu dövrdә motor yanacaqları üçün Fişer–Tropş reaksiyası üzrә sintezqazdan karbohidrogenlәrin alınmasına yenidәn maraq yaranmışdır. Sintez-qaz hәm tәbii qazdan, hәm dә daş kömürün qazlaşdırılmasından alınır. Bu sәbәbdәn metan vә metanol әsasında sintezlәrә diqqәt göstәrilmәyә başlanmışdır. Neft xammalına digәr alternativ – karbohidratlar, bitki mәnşәli yağlardır. Bioyanacağın istehsal texnologiyasının (karbohidratlardan bioetanolun vә bitki yağlarından biodizel yanacağının alınması) inkişafı bitki xammalından digәr üzvi mәhsulların istehsalının tәşkili üçün әsas yaradır. Buğdadan alınan qlükozadan xammal kimi istifadә edilәrәk çoxtonnajlı mәhsullar – butanol, süd turşusu vә onun bioparçalanan polimeri (poliakrilat) istehsal olunur. Biodizel yanacağının sintezinin yan mәhsulu olan qliserinә әsaslanan yeni istehsal sahәlәri (epixlorhidrinin vә propilenqlikolun alınması) yaradılır.

    Əd: Лебедев Н.Н. Химия и технология основного органического и нефтехимического синтеза. 4-е изд. М., 1988.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç