ƏSƏD Hafiz (6.10.1930, Suriya, Qәrdahә ş. – 10.6.2000, Dәmәşq) – Suriyanın hәrbi, siyasi vә dövlәt xadimi. Suriyanın prezidenti vә Bәәs-in baş sәdri (1971–2000). Kәndli ailәsindә do ğulmuşdur. Ərәb Sosialist Dirçәliş Partiyasının üzvü (1946), Suriya Tәlәbә İttifaqının sәdri (Bәәs; 1949–51) olmuş, 1955 ildә Hәlәbdә Aviasiya Kollecini bitirmiş, leytenant rütbәsi almışdır. 1957 ildә SSRİ-yә göndәrilmiş, qayıtdıqda eskadriliya komandiri tәyin edilmişdi. Suriya Birlәşmiş Ərәb Resp.-nın tәrkibindәn çıxanda (1961) Ə. istefaya göndәrilmişdi. Bәәs partiyasının Suriyada hakimiyyәtә gәlmәsi ilә nәticәlәnmiş hәrbi çevrilişdә (1963) iştirak etmiş vә HHQ komandanı tәyin olunmuş, gen.-m. rütbәsi (1964) almışdı. Partiyanın 8-ci qurultayında Ə. milli komandanlığın üzvü (1965) seçilmişdi. 1966 vә 1970 illәrdәki hәrbi çevrilişlәrdә, әrәb dövlәtlәrinin İsraillә 6 günlük müharibәsindә iştirak etmişdi. SSRİ-dә Hәrbi Akademiyanı bitirmiş, 1968 ildә ordu gen.-ı rütbәsi almışdı. Suriyanın HHQ vә HHM qüvvәlәrinin komandanı (1964–70), müdafiә naziri (1966–71), baş nazir (1970–71) olmuşdu. 1971 il martın 12-dә SƏR-in prezidenti seçilmişdi. 1971 ildә Ə. Misir prezidenti Ə.Sәdatla Ərәb Resp. Federasiyası çәrçivәsindә saziş imzalamışdı. 1972 ilin martından Tәrәqqipәrvәr Milli Cәbhәnin sәdri olmuşdu. 1971, 1972, 1973 vә 1974 illәrdә SSRİ-yә sәfәr etmiş, bir neçә dәfә L.İ.Brejnevlә görüşmüşdü. Soyuq müharibә illәrindә Ə. SSRİ-ni dәstәklәmiş, İsrailә qarşı siyasәt yeritmişdi. 1973 il Ərәb–İsrail müharibәsi zamanı Ə. Misiri dәstәklәmişdi. 1976, 1987, 1990 illәrdә Suriya Livandakı vәtәndaş müharibәsinә qarışmışdı. Prezident vәzifәsindә tәkpartiyalı, vahid, totalitar hakimiyyәt idarәçiliyi quran Ə. sәrt vә ciddi tәdbirlәr görәrәk ölkәdә siyasi sabitlik yaratmış, daxili siyasәtdә milli birliyә nail olmağa çalışmışdı. O, әsas әrzaq mәhsullarının qiymәtini 15% aşağı salmış, ticarәt üçün әlverişli mühit yaratmış, xüsusi sektoru inkişaf etdirmәyә çalışmış, bununla da әhalinin dәstәyini qazanmışdı. Bәәsçilәrә azadlıq vermiş, tәqiblәri “yumşaltmışdı”. Hakimiyyәtini möhkәmlәtmәk üçün “hәrbi leninizm” konsepsiyasını irәli sürmüşdü. Panәrәb liderliyinә can atan Ə.-in şәxsiyyәtinә tәdricәn pәrәstiş yaranmışdı. Dini siyasәtdә әlәviliyi üstün tutmuş, xüsusi xidmәt, dövlәt tәhlükәsizlik, kәşfiyyat orqanlarında vә hәrbi qüvvәlәrdә onları әsas vәzifәlәrә tәyin etmişdi. Hamada “Müsәlman qardaşları”nın üsyanını (1982) yatırmışdı. İran–İraq müharibәsi (1980–88) zamanı İraqa qarşı siyasәt yeritmiş, İranı dәstәklәmişdi. Qardaşı Rifatın Ə.-in hakimiyyәtini devirmәk cәhdinin (1984) qarşısını almış, onu Suriyadan qovmuşdu. 1991 ildә “Sәhrada tufan” әmәliyyatı zamanı onun göstәrişi ilә Suriya qoşunu İraqa qarşı koalisiyasının tәrәfindә iştirak etmişdi. Qәrdahә ş.-ndә dәfn olunmuş, böyük mәqbәrәsi var.