Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏSƏDİ TUSİ

    ƏSƏDİ TUSİ (أسدئ طوسي) Əbu Mәnsur Əli ibn Əhmәd ibn Mәnsur (tәqr. 1010, Tus ş. – 1073) – İran şairi vә dilçi alim. Əsәrlәrindәn dövrünün әdәbi biliklәri ilә yanaşı, riyaziyyat, ilahiyyat vә fәlsәfә kimi elmlәri dә mәnimsәdiyi mәlum olur. Ehtimal ki, Qәznәvilәr dövlәtinin süqutundan vә sәlcuqların Xorasanı әlә keçirmәsindәn sonra Tus ş.-ndәn köçәrәk Deylәm hökmdarlarından Əbu Nәsr Cәstanın yanına getmiş (1019–20), on il saray şairi olmuşdur. Daha sonra Deylәmdәn Naxçıvana gәlmişdir. “Gәrşasbnamә” (1065–68) qәhrәmanlıq poemasını әrәb әsilli Naxçıvan hökmdarı Əbu Dülәfә ithaf etmişdir. “Şahnamә” üslubunda yazılmış “Gәrşasbnamә”nin bәzi nüsxәlәri 7 min, bәzilәri 10 min beytdir. Mәşhur dastan qәhrәmanı Gәrşasbın macәralarından bәhs edәn әsәrdә qәdim İran ictimai hәyatı ilә bağlı farsca arxaik sözlәr işlәnmişdir. “Gәrşasbnamә” ilk dәfә Hindistanda (1307), daha sonra bir hissәsi C.Huart tәrәfindәn (Paris, 1926), bir hissәsi isә H.Masse tәrәfindәn (Paris, 1951) fransız dilinә tәrcümә edilәrәk nәşr olunmuşdur. “Fәrhәngi Əsәdi” adı ilә dә tanınan “Lüğәti-furs” (“Fars dili lüğәti”) dövrümüzәdәk çatmış fars dili izahlı lüğәtlәrinin әn qәdimi olub, Ərdәşir ibn Deylәmsipar-i Nәcmi adlı bir şairә hәsr edilmişdir. Lüğәtdә sözlәr son hәrflәrinә görә sıralanmışdır. Əsәr adı vә әsәrlәri günümüzә qәdәr gәlib çatmayan bir çox şair vә onların yaradıcılığı haqda mәlumat verdiyinә görә xüsusi әhәmiyyәt kәsb edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç