ƏSƏDOV Bilal Mirzәli oğlu (d.4.7.1955, Tac. SSR, Düşәnbә) – Azәrb. tibb alimi, psixiatr. Tibb e.d. (1994), prof. (2009). Tac. Tibb İn-tunu bitirmişdir (1978). 1981–86 illәrdә hәmin in-tun, 1986–2006 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun psixiatriya kafedralarında işlәmişdir. 2006 ildәn Azәrb. Tibb Un-tinin psixiatriya kafedrasında çalışır. Ə. 2007–14 illәrdә Azәrb. Resp. Sәhiyyә Nazirliyinin Mәhkәmә Psixiatriya Ekspertizası Mәrkәzinin direktoru olmuş, 2014 ildәn Azәrb. Resp. Sәhiyyә Nazirliyinin Narkoloji Mәrkәzinin direktor müavinidir. Tәdqiqatları, әsasәn, şizofreniya xәstәliyinin müxtәlif problemlәrinin öyrәnilmәsi üzrәdir. 93 elmi әsәrin müәllifidir.
Əsәri: Неотложные состояния обусловленные алкогольной интоксикацией (М.G.Gulyamov vә А.V. Poqosovla birlikdә). Душанбе, 1987.