ƏSƏDOV Gәray Lәtif oğlu (1923, Beylәqan r-nunun Birinci Şahsevәn k. – 19.10. 1944, Rumıniya, Margita ş.) – Sovet İttifaqı Qәhrәmanı (ölümündәn sonra, 24.3.1945), qvardiya serjantı, 2-ci Ukrayna cәbhәsi – 27-ci ordu Qırmızıbayraqlı vә Suvorov ordenli 93-cü Xarkov atıcı diviziyasının 281ci qvardiya atıcı alayının atıcısı. Beylәqan RHKdan orduya çağırılmışdır (1942). Ukr., Mold. vә Rumıniya resp.-larının faşist әsarәtindәn azad edilmәsindә qәhrәmanlıq göstәrmişdir. Ə. 1944 ilin oktyabrında Margita ş.-ndәki döyüşlәrdә A.Matrosovun igidliyini tәkrar edәrәk bәdәni ilә düşmәnin atәş nöqtәsini örtmüş, sovet әsgәrlәrinin hücuma keçmәsinә şәrait yaratmışdır. “Qırmızı Bayraq” ordeni ilә tәltif olunmuşdur. Doğulduğu kәnddә abidәsi qoyulmuş, ev muzeyi açılmışdır. Adına küçә, orta mәktәb vә s. var.