ƏSƏDOV Hikmәt Hәmid oğlu (d.5.6. 1955, Bakı) – kosmik tәdqiqatlar sahәsindә Azәrb. alimi, texnika e.d. (2005), prof. (2014). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1977). 1977 ildәn Milli Aerokosmik Agentliyin Aerokosmik İnformatika ETİ-dә fәaliyyәt göstәrir. Tәdqiqatları atm. optikası, Günәş fotometriyası, mәsafәdәn zondlama, informasiya-ölçmә sistemlәri, akustik lokasiya, ekologiya, qlobal pozisiyalaşdırma (GPS) sistemlәri sahәlәrinә aiddir. 300-ә yaxın elmi әsәrin, o cümlәdәn monoqrafiyaların müәllifidir. Beynәlxalq elmi konfrans vә simpoziumlarda mәruzәlәrlә çıxış etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Новые принципы оптимизации систем дистанционного зондирования. Б., 2007.