ƏSƏDOV Kәrәm Sadıx oğlu (10.2.1932, Gәdәbәy r-nunun Kiçik Qaramurad k. – 3.1.2017, Bakı) – Azәrb. meşәçi mühәndisi. Biologiya üzrә e.d. (2012), prof. (2015). Azәrb. Dövlәt Kәnd Tәsәrrüfatı İntunu (indiki Azәrb. Dövlәt Aqrar Un-ti) bitirmişdir (1953). Quba Kәnd Tәsәrrüfatı Texnikumunda müәllim (1953–56), Bәrdә Elmi Tәdqiqat Meşә Tәsәrrüfatı İn-tunda baş elmi işçi vә şöbә müdiri (1965), Azәrb. SSR EA-nın Botanika İn-tunda baş elmi işçi (1973), Azәrb. Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyindә mәslәhәtçi işlәmişdir (1992). 1992 ildәn Azәrb. EA Botanika İn-tunun Mәrkәzi Nәbatat Bağında aparıcı elmi işçi, 2015 ildәn BDU-nun prof.-u idi. Tәdqiqatları Kiçik Qafqazın meşә tiplәri vә onların yayılması qanunauyğunluqlarının, Azәrb.-ın nadir ağac vә kollarının, meşәlәrinin yabanı meyvә bitkilәrinin öyrәnilmәsinә, dendrologiyanın müasir problemlәrinә hәsr olunmuşdur. 160-dan çox elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın vә tәbiәtә dair hekayә toplularının müәllifidir. Ə. “Avropa Nәşr Mәtbu Evi”nin qızıl medalına vә diplomuna layiq görülmüşdür (2016).
Əsәrlәri: Böyük Qafqazın yabanı meyvә bitkilәri. B., 1981; Дикорастущие плодовые растения Азербайджана. Б., 2001; Dendrologiya (F.M.Mәmmәdov vә Q.H.Mirzәyevlә birlikdә). B., 2014.