ƏSƏDOV Mirsәlim Mirәlәm oğlu (d.11. 1.1952, Neftçala) – Azәrb. kimyaçısı, kimya e.d. (1991), prof. (2010). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1975). AMEA-nın Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә QeyriÜzvi Kimya İn-tu) böyük elmi işçi (1988–94), aparıcı elmi işçi (1994–2003) vәzifәlәrindә işlәmiş, 2003 ildәn sektor müdiridir. Tәdqiqatları mәqsәdyönlü vә idarәedilәn xassәlәrә malik monokristal, amorf, şüşәvarı, bәrk mәhlul halında olan qeyri-üzvi materialların alınmasının yeni optimal üsullarına hәsr olunmuşdur. 560dan çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.