ƏSƏDOV Rәfael Əvәz oğlu (27.10.1952, Gәncә – 12.11.1992, Ağstafa) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 16.9. 1994). 1973 ildә Tbilisi Ali Artilleriya Mәktәbini bitirdikdәn sonra tәhsilini Sankt-Peterburq Hәrbi Artilleriya Akademiyasında davam etdirmişdir. SSRİ silahlı qüvvәlәrinin tәrkibindә Macarıstan, Vyetnam vә Əfqanıstanda qulluq etmiş, leytenant rütbәsindәn polkovnik rütbәsinәdәk yüksәlmişdi. 1991 ildә Azәrb.-a qayıtmış, artilleriya korpusunun komandiri tәyin olunmuşdur. Ağdam, Goranboy, Tovuz, Gәdәbәy bölgәlәrindә aparılan hәrbi әmәliyyatlarda şücaәt göstәrmişdir.
Ağstafa bölgәsindә növbәti әmәliyyata hazırlıq zamanı yaxınlıqda partlayan mәrmi qәlpәlәrindәn hәlak olmuşdur. Bakıda Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Ağstafa r-nunda adına küçә var.